Tramp: “Bütün girovlar 13 oktyabrda azad ediləcək”

Tramp: “Bütün girovlar 13 oktyabrda azad ediləcək”
DÜNYA
13:23 11.10.2025
315
ABŞ Prezidenti Donald Tramp Qəzza planı çərçivəsində girovların azad ediləcəyini təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, Tramp bildirib:

"Bütün girovlar 13 oktyabrda geri qaytarılacaq. Həmçinin, təxminən 28 nəfərin həlak olduğu məlumdur. Mən İsrailə gələcəyəm, Knessetdə çıxış edəcəyəm və Misiri ziyarət edəcəyəm".

O əlavə edib:
"Hər kəs istəyir ki, bu razılaşma baş tutsun. Qəzza üçün növbəti mərhələ üzrə razılıq əldə edilib".

"Ultra Palestine" informasiya agentliyinin məlumatına görə, 20 sağ girovun azad edilməsi bazar ertəsi səhər "Qırmızı Xaç"ın nəzarəti altında, hər hansı mərasim olmadan həyata keçiriləcək.
 
\Musavat.com 
OXŞAR XƏBƏRLƏR