Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır

Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
DÜNYA
18:07 27.08.2025
379
ABŞ Prezidenti Donald Tramp "Soros Fondu”nun təsisçisi Corc Sorosu və onun oğlunu reketçilikdə və başqa qanunsuz əməllərdə günahlandırıb və onların mühakimə olunmasına çağırış edib.

Bu barədə Tramp özünün "Truth Social” hesabında paylaşım edib.

"Corc Soros və onun gözəl radikal solçu oğlu RİCO ilə (reketçilik və qanunsuz təşkilatlara görə mühakimə aktı) mühakimə olunmalıdır. Çünki, onlar zorakı etirazları dəstəkləyiblər və bütün Amerika boyu başqa qanunsuz əməllər törədiblər. Biz bu manyakların Amerikanı daha da çox bölməyinə imkan verməyəcəyik. Onlara nəfər almağa və azad olmağa şans verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə böyük ziyan verib” Tramp qeyd edib.

O, Soros və tərəfarlarına "diqqətli olun, sizi izləyirik” sözlərilə xəbərdarlıq edib.
 
\report
OXŞAR XƏBƏRLƏR