ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiyadan "S-400” zenit-raket kompleksinin alınması ilə bağlı təklifinə müsbət baxır.
Bu barədə Amerika hökumətinə yaxın mənbə bildirib. Ərdoğan ötən gün Trampla telefon danışığında yenidən "S-400”ün alınması ilə əlaqədar birgə işçi qrupunun yaradılmasını təklif etmişdi.
Məsələ hər iki liderin Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsindəki görüşündə də müzakirə ediləcək.