Tramp Fars körfəzi ölkələrinin liderləri ilə Ər-Riyadda sammit keçirməyi planlaşdırır

Tramp Fars körfəzi ölkələrinin liderləri ilə Ər-Riyadda sammit keçirməyi planlaşdırır
DÜNYA
21:18 03.05.2025
468
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Fars körfəzi ölkələrinin liderlərinin iştirakı ilə Ər-Riyadda yüksək səviyyəli sammit keçirməyi planlaşdırır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ və ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Tramp may ayının ortalarında Səudiyyə Ərəbistanına səfəri çərçivəsində region dövlətlərinin liderləri ilə görüş keçirəcək. Plana əsasən, o, 13 may tarixində Ər-Riyadda olacaq və bir sıra ikitərəfli görüşlər aparacaq. Sammitin isə 14 may səhər saatlarında baş tutacağı gözlənilir.

Bu görüş Trampa ABŞ-ın Yaxın Şərqdəki rolu ilə bağlı baxışlarını təqdim etmək, həmçinin regionla bağlı siyasi prioritetlərini açıqlamaq imkanı verəcək.
OXŞAR XƏBƏRLƏR