ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə manipulyasiya etməyə cəhd ittihamı ilə açılan məhkəmə prosesinin 2024-cü il martın 4-də başlanmasına qərar verilib.
AZXEBER.COM xəbər verir ki, paytaxt Vaşinqtonda Donald Trampın vəkilləri və ittiham tərəfi işin başlanacağı tarix üçün hakim qarşısına çıxıb.
İclasda Federal Hakim Tanya Çutkan ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə ittihamı ilə məhkəməsinin 2024-cü il martın 4-də başlayacağına qərar verib.
Ədliyyə Departamentinin prokurorları məhkəmənin 2 yanvar 2024-cü ildə başlamasını tələb edərkən, Trampın vəkilləri təxminən 12 milyon səhifəlik iddia və sübutun araşdırılmasının vaxt aparacağını əsas gətirərək, işin 2026-cı ilin aprel ayına təxirə salınmasını tələb ediblər.
Ayşən