ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp daha öncəki sui-qəsd cəhdindən sonra Şimali Karolinada təşkil etdiyi ilk açıq hava mitinində gülləkeçirməz şüşə kabinədən istifadə edib.
AZXEBER.COM-un Qərb mediasına istinadən xəbərinə görə, Tramp çıxışında rəqibi Kamala Harrisi tənqid edib:
"Harris sərhədləri açmaq istəyir. Prezident olacağı təqdirdə 4 il ərzində təkcə Cənubi Amerikadan deyil, dünyanın hər yerindən 60-70 milyon insan ölkəyə axın edəcək"
Harrisin toxunduğu hər şeyi məhv edəcəyini deyən Tramp demokratlar qazanarsa Üçüncü Dünya Müharibəsinin qaçınılmaz olacağını vurğulayıb.
Cəmalə