ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır.
Bu barədə Tramp "Truth Social” sosial şəbəkəsində yazıb.
"Biz Harvardı vergi statusundan məhrum etməyə hazırlaşırıq. Onlar buna layiqdirlər!" - o qeyd edib.
Daha əvvəl Harvard Universitetinin ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar apardığı bildirilmişdi.