"Ölkəmiz çox güclüdür. Bizim silahlarımız var ki, heç kimin onlardan xəbəri yoxdur".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp, tariflərdən sonra artan ticarət müharibəsindən kənarda eskalasiya ilə bağlı verilən suala cavab verərkən deyib.
O, öz çıxışı zamanı deyib:
" Biz çox güclüyük. Bu ölkə çox güclüdür. İnsanların dərk etdiyindən də güclüdür. Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir və biz dünyanın ən güclü silahlarına sahibik, hamıdan güclüyük".
ABŞ prezidenti dünən səhər öz təşəbbüsləri ilə tarifləri 90 gün müddətinə dayandırmağa qərar verdiklərini ifadə edərək, "Tarif fasiləsinin bazarlara bu qədər təsir edəcəyini bilmirdim. Bu gün bazarlar gözəl bir gün keçirdi"-, deyib.
Çin Dövlət Başçısı Xi ilə nə vaxtsa telefonla danışacağını deyən Tramp həmkarını sevdiyini və hörmət etdiyini bildirsə də, ABŞ ilə yaxşı rəftar etmədiyini söyləyib. Tramp ədalətli olarsa, Çin də daxil olmaqla, hər kəslə gömrük və ticarət müqavilələri bağlamağa hazır olduqlarını bir daha vurğulayıb.
Oksana