Tramp heç vaxt seçkilərdəki məğlubiyyətini etiraf etməyəcəyini bildirib

Tramp heç vaxt seçkilərdəki məğlubiyyətini etiraf etməyəcəyini bildirib
DÜNYA
22:24 06.01.2021
705
ABŞ prezidenti Donald Tramp bildirib ki, heç vaxt seçkilərdəki məğlubiyyətini qəbul etməyəcək.

Ağ Ev rəhbəri bunu Vaşinqtonda tərəfdarları qarşısında çıxışında deyib.

"Biz heç vaxt təslim olmayacağıq, biz heç vaxt məğlubiyyəti qəbul etməyəcəyik", - Vaşinqtonda on minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp deyib.

Çərşənbə günü Konqres prezident seçkilərinin nəticələrini təsdiq etməlidir. Rəsmi məlumatlara görə, seçkilərdə Trampın rəqibi, demokrat Co Bayden qalib gəlib.

ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib.
OXŞAR XƏBƏRLƏR