ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləyişin olmamasından məyus olduğunu bildirib.
Amerikalı lider bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən Rusiyadan çox məyusam. Amma eyni zamanda Ukraynadan da məyusam. Çünki hesab edirəm ki, bu məsələdə razılaşmalar əldə edilə bilərdi.”
Tramp, müharibənin dayandırılmasının zəruriliyini xüsusi vurğulayıb:
"Qan tökülməsinin qarşısını almaq üçün sülhə nail olmaq çox vacibdir.”
Prezidentin sözlərinə görə, tərəflərin daha konstruktiv yanaşması münaqişənin diplomatik həllini mümkün edə bilərdi.
/APA