Tramp: Hörmüz boğazına nəzarəti ələ keçiririk

Tramp: Hörmüz boğazına nəzarəti ələ keçiririk
DÜNYA
16:54 13.07.2026
335
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ABŞ-ın Hörmüz boğazına nəzarəti ələ keçirəcəyini bildirib.

"Hörmüz boğazını ələ keçiririk. Nəzarət bizdə olacaq və təhlükəsizliyi təmin etdiyimizə görə bunun qarşılığında ödəniş alacağıq", – deyə ABŞ prezidenti bildirib.

Tramp, həmçinin İranla əldə olunmuş razılaşmaya da toxunaraq, "İranla bir razılaşmamız var idi, onu onlar pozdu", - ifadələrini işlədib.

ABŞ prezidentinin bu açıqlamaları beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR