Tramp Çin prezidentini andiçmə mərasiminə dəvət edib

DÜNYA
12:57 12.12.2024
120
ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpini öz andiçmə mərasiminə dəvət edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, dəvət xəbəri Trampın Çin mallarına rüsumları artıracağı ilə hədələməsindən bir neçə gün sonra gəlib.

Cinpinin Trampın dəvətini qəbul edib-etməməsi ilə bağlı hələlik heç bir açıqlama yoxdur.

Qeyd edək ki, andiçmə mərasimi 2025-ci il yanvarın 20-də prezident iqamətgahında keçiriləcək.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR