Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan etdi

Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan etdi
DÜNYA
17:20 24.01.2017
941

 

ABŞ prezidenti Donald Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan edib. 

Bu barədə "The Washington Post” məlumat yayıb. 

Məlumata görə, müvafiq bayramın təsisi barədə fərmanı Tramp yanvarın 20-də inauqurasiyadan dərhal sonra imzalayıb. 

"Mən, ABŞ prezidenti Donald Tramp, mənə ABŞ-ın Konstitusiyası və qanunları ilə verilən səlahiyyətlə 2017-ci ilin yanvarın 20-ni Milli vətənpərvərlik günü elan edirəm”, - sənəddə deyilir. 

Qeyd edilir ki, bayram amerikalıların bir-biri, eləcə də hökumət ilə münasibətlərini möhkəmləndirəcək. 

2017-ci ilin yanvar ayının 20-də Donald Tramp and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. 

///Oxu.Az
OXŞAR XƏBƏRLƏR