ABŞ prezidenti Donald Tramp insanları Çinlə yeni ticarət münaqişəsindən narahat olmamağa çağırıb.
Tramp bu barədə öz "Truth” hesabında məlumat verib.
"Çin üçün narahat olmayın, hər şey yaxşı olacaq! O (Çinin lideri – Red.) ölkəsi üçün (iqtisadi – Red.) depressiya istəmir - mən də istəmirəm. ABŞ Çinə zərər vermək yox, kömək etmək istəyir", - Tramp bildirib.
/APA