Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
DÜNYA
22:17 25.07.2026
211
ABŞ Prezidenti Donald Tramp təxminən iki həftə davam edən gündəlik hücumlardan sonra Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Qərar, Oman rəsmilərinin Tehranda danışıqlar apardığı və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşma ilə bağlı "müəyyən irəliləyiş" əldə edildiyi bir vaxtda verilib.

Ağ Ev və Pentaqon məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
OXŞAR XƏBƏRLƏR