Tramp İrana zərbələri Floridadakı iqamətgahından izləyib
DÜNYA
23:28 28.02.2026
232
ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələri Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, D.Tramp gecə saatlarında milli təhlükəsizlik komandası ilə birlikdə vəziyyəti Mar-a-Laqodan izləyib. ABŞ prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı da aparıb.
K.Livitt bildirib ki, Tramp gün ərzində hadisələrin inkişafını yaxından izləməyə davam edəcək.