Tramp İranı “boğmaq” istəyir - Vensə və kürəkəninə göstəriş verdi

Tramp İranı “boğmaq” istəyir - Vensə və kürəkəninə göstəriş verdi
DÜNYA
11:22 19.08.2026
343
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların dayandırılmasına göstəriş verib.

CNN-ə danışan yüksək rütbəli ABŞ rəsmilərinin sözlərinə görə, Trampın bu qərarına səbəb İranın danışıqlarda güzəştə getməyə hazır olmamasıdır.

Məlumata görə, ABŞ liderinin kürəkəni və baş müşaviri Jared Küşnerə, vitse-prezident Cey Di Vensə və xüsusi nümayəndə Stiv Uitkoffa İranın nümayəndələri ilə dialoqa girməmək barədə göstəriş verilib.

ABŞ rəsmilərinin CNN-ə bildirdiyinə görə, Ağ Ev İranı "mümkün qədər tez məğlub etmək” cəhdindən də geri çəkilib. Bunun əvəzinə Vaşinqtonun İranı zamanla "boğmaq” strategiyasına üstünlük verdiyi bildirilir.

Bu qərar Trampın bundan əvvəl İranla danışıqların yaxşı getdiyini və yaxın vaxtlarda yeni razılaşmanın əldə edilə biləcəyini dəfələrlə açıqlamasından sonra verilib.

Avqustun 17-də isə "Al Arabiya” telekanalının mənbələri Vaşinqton və Tehran arasında atəşkəs rejiminin daha 60 gün uzadılması ilə bağlı razılığın əldə edildiyini bildirmişdi.

Lakin bundan sonra Tramp "Truth Social” sosial şəbəkəsində İranla hazırda "heç bir danışıqların və ya əlaqələrin aparılmadığını və planlaşdırılmadığını” açıqlayıb.

ABŞ prezidenti həmçinin İran limanlarının dəniz blokadasının davam etdiyini bildirib.

Trampın sözlərinə görə, Hörmüz boğazı minalardan təmizlənib və gəmiçilik üçün açıqdır.

Beləliklə, Vaşinqtonun İranla bağlı strategiyasında yeni mərhələnin başladığı bildirilir. Ağ Ev birbaşa diplomatik danışıqlar əvəzinə Tehran üzərində uzunmüddətli təzyiqin artırılmasına üstünlük verməyi planlaşdırır.

CNN-ə danışan mənbələr Tramp administrasiyasının İranın güzəştə getməsini gözlədiyini və bu baş vermədiyi halda iqtisadi və digər təzyiq vasitələrindən istifadəni davam etdirəcəyini bildiriblər.
 
///Modern.az///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər