Tramp İraq, Liviya və Əlcəzairdən gələn mallara 30 faiz rüsum tətbiq edib

Tramp İraq, Liviya və Əlcəzairdən gələn mallara 30 faiz rüsum tətbiq edib
DÜNYA
21:06 09.07.2025
176
ABŞ Prezidenti Donald Tramp İraq, Liviya və Əlcəzairdən gələn mallara 30 faiz, Filippin, Bruney və Moldova mallarına isə 25 faiz rüsum tətbiq edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social”da məlumat verib və paylaşımına müvafiq məktubları əlavə edib.

Məktublarda qeyd olunur ki, adıçəkilən ölkələrin şirkətləri ABŞ-də istehsalat müəssisələri açsalar, ABŞ onlar üçün tarifləri ləğv etməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR