Tramp: İsrail kəşfiyyatı İranda Fordo nüvə obyektinin tamamilə dağıdıldığını təsdiqləyib

Tramp: İsrail kəşfiyyatı İranda Fordo nüvə obyektinin tamamilə dağıdıldığını təsdiqləyib
DÜNYA
14:23 25.06.2025
344
"Biz Fordonu vurduqdan sonra İsrail vəziyyəti yoxlamaq üçün öz agentlərini ora göndərib. Onlar Fordonun tamamilə dağıdıldığını təsdiqləyiblər”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Məncə iranlıların Fordodan nələri isə təxliyə etmək imkanı olmayıb. Çünki biz çox cəld hərəkət etdik. Bombalar dəqiqliklə lazım olan yerlərə düşdü. Həqiqətən qüsursuz əməliyyat idi. İsrail hazırda məsələ ilə bağlı hesabat hazırlayır”, - Tramp vurğulayıb.

Qeyd edək ki, iyunun 22-də ABŞ İrana məxsus üç nüvə obyektinə hava zərbələri endirib.
OXŞAR XƏBƏRLƏR