ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hava zərbələri ilə bağlı əvvəlcədən məlumatlandırıldığını, lakin ABŞ-ın heç bir hərbi rolu olmadığını deyib.
Bu barədə Tramp "Fox News"a müsahibəsində deyib.
Tramp bəzi yüksək səviyyəli İran liderlərinin öldürüldüyünə də eyham vurub: "İran liderlərindən bəziləri geri qayıtmayacaq”.
"Mən bunu İsrailin İrana hücumundan əvvəl bilirdim. İran nüvə bombası əldə edə bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Nə olacağını görəcəyik”, - ABŞ Prezidenti əlavə edib.
/APA