Tramp İsrailin İrana zərbə endirə biləcəyini istisna etməyib

Tramp İsrailin İrana zərbə endirə biləcəyini istisna etməyib
DÜNYA
22:57 12.06.2025
610
İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər, lakin ABŞ administrasiyası Tehranla qarşıdurmadan yayınmaq istəyir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Hər şey çox sadədir: İran nüvə silahına sahib ola bilməz. Qalan məsələlərdə isə istəyirəm ki, onlar uğurlu olsunlar. İstəyirəm ki, möhtəşəm olsunlar. Biz onlara uğurlu olmaqda kömək edəcəyik, onlarla ticarət aparacağıq və lazım olan hər şeyi edəcəyik. Amma mən qarşıdurmadan yayınmaq istərdim. İran isə daha sərt danışıqlara getməli olacaq. Yəni, indi vermək istəmədiklərini verməli olacaqlar”, – ABŞ Prezidenti əlavə edib.
 
/APA
OXŞAR XƏBƏRLƏR