Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək

Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
DÜNYA
21:55 09.10.2025
569
İsraillə HƏMAS arasında Qəzza üzrə sülh planı çərçivəsində əldə olunan razılaşmaların imzalanması mərasimi Misirdə baş tutacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən hökumət kabinetinin iclasında deyib.

"Biz Misirə gedəcəyik, orada sənədin imzalanması baş tutacaq. Bu, əlavə mərasim olacaq, çünki mənim adımla artıq ilkin imzalama həyata keçirilib, lakin indi rəsmi imzalama mərasimi olacaq", – Tramp qeyd edib.
 
/report
OXŞAR XƏBƏRLƏR