AZXEBER.COM xəbər verir ki, bu barədə Corriere della Sera qəzeti bazar günü məlumat yayıb.
Tramp şənbə günü qəzetə telefonla müsahibə verərək Melonini "böyük lider” adlandırıb və İtaliyanın yardım göstərmək üçün əlindən gələni etdiyini qeyd edib.
"Meloni hər zaman kömək etməyə çalışır, o, əla liderdir və mənim dostumdur”, – deyə Trampın sözləri qəzet tərəfindən sitat gətirilib.
Meloni isə cümə axşamı bildirib ki, İranın hava zərbələri fonunda İtaliya Körfəz ölkələrinə hava hücumundan müdafiə sahəsində yardım göndərməyi planlaşdırır.
Bundan əlavə, İtaliya məxsus hərbi gəmi Avropanın birgə missiyası çərçivəsində Kiprin müdafiəsini gücləndirmək məqsədilə adaya yola düşməyə hazırlaşır.
/apa










































