Tramp Kanadanı Belarusa dəyişir

Tramp Kanadanı Belarusa dəyişir
DÜNYA
02:23 22.09.2026
115
ABŞ Belarusdan kaliumlu gübrələrin satın alınmasına dair saziş bağlamaq niyyətindədir.

Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında bildirib.

"Qiymət hazırda Kanadaya ödədiyimiz məbləğdən xeyli aşağı olacaq. Bu da fermerlərimiz və ranço sahiblərimiz üçün çox yaxşı xəbərdir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ hakimiyyəti məhbusların azad edilməsi müqabilində Belarusa qarşı sanksiyaları yumşaltmağa başlayıb. Sanksiya siyahısından iri kaliumlu gübrə istehsalçısı olan "Belaruskali" də çıxarılıb.

Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin hələlik Qərb dövlətlərinə kaliumlu gübrə tədarük etmək imkanı yoxdur. Onun sözlərinə görə, ölkədə mövcud olan bütün həcmlər üzrə artıq müqavilələr bağlanılıb.
OXŞAR XƏBƏRLƏR