Tramp KİV-ləri Putinlə gözlənilən görüşün qərəzli işıqlandırılmasında ittiham edib

Tramp KİV-ləri Putinlə gözlənilən görüşün qərəzli işıqlandırılmasında ittiham edib
DÜNYA
16:46 13.08.2025
311
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada keçiriləcək görüşünün ABŞ KİV-ləri tərəfindən işıqlandırılma tərzini tənqid edib.

Tramp bu barədə "Trump Social” şəbəkəsində yazıb.

O, paylaşımında jurnalistlərin "işdən çıxarılmış uğursuzlardan sitat gətirdiyini" bildirib və görüşün ABŞ-də keçiriləcəyinə baxmayaraq, "Putinin artıq qalib gəldiyini" söyləyən prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu xüsusilə qeyd edib.
Tramp vurğulayıb ki, onun fikrincə, ABŞ həmişə qalib gəlir, KİV isə feyk xəbərlər yayır.
KİV-ləri korrupsiyada ittiham edən siyasətçi onların "ölkəyə nifrət etdiyini" deyib, lakin bunun onun uğurlarına mane olmayacağına əmin olduğunu söyləyib.
 
\report
OXŞAR XƏBƏRLƏR