Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib

Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
DÜNYA
20:10 09.11.2026
71
ABŞ Prezidenti Donald Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib.

ABŞ Prezidenti bu barədə sosial şəbəkədə paylaşımında bildirib.

"Doğrudanmı kimsə bu "seçkinin” dürüst keçirildiyinə inanır? Sorğuların nəticələri necə bu qədər yanlış ola bilərdi? Erkən səsvermə zamanı qeydə alınan bəzi "səs dalğaları” o qədər böyük idi ki, nə qədər insan səs verməyə getsə də, qalib gəlmək mümkün deyildi. Hər şey seçicidən daha vacib olan səsvermə maşınları ilə bağlıdır”, - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, noyabrın 4-də Konqresə aralıq seçkilər keçirilib.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR