Ukraynada böhranın nizamlanmasının yekunları üzrə Krım Rusiyaya məxsus olaraq qalacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Time” jurnalına müsahibəsində bildirib.
"Biz Krım haqqında danışmağa məcburuq, çünki o, daim xatırlanır. Krım Rusiya ilə qalacaq. Ukrayna Prezidenti Volodimir Zelenski bunu başa düşür. Hər kəs anlayır ki, Krım uzun müddət Rusiyanın tərkibində olub", - o qeyd edib.
Bundan əlavə, Tramp bəyan edib ki, Ukrayna böhranını yalnız o həll edə bilər. Bununla yanaşı, ABŞ Prezidenti vurğulayıb ki, razılaşmaya tezliklə nail olmaq mümkün olacaq.