Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib

Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
DÜNYA
18:52 26.09.2026
177
Kubaya hərbi müdaxilə olmayacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində jurnalistlərə deyib.

"Kuba və ABŞ razılaşma əldə edəcək. Düşünmürəm ki, hərbçilərə ehtiyacımız olacaq”, – Tramp bildirib.

ABŞ Prezidenti Kubanın hazırda "çox pis vəziyyətdə” olduğunu deyərək Vaşinqtonun bu ölkəyə yardım etmək istədiyini vurğulayıb.

"Biz Kubanı xalqımız üçün açmaq istəyirik. Geri qayıtmaq istəyən çox sayda kubalı-amerikalımız var”, – Tramp əlavə edib.

///apa.az///
OXŞAR XƏBƏRLƏR