Tramp Maska dövlət xidmətində qalmağı təklif ETDİ

Tramp Maska dövlət xidmətində qalmağı təklif ETDİ
DÜNYA
22:59 30.04.2025
189
Hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən sahibkar İlon Mask istədiyi müddət ərzində dövlət qulluğunda qala bilər. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə  ABŞ prezidenti Donald Tramp komandası ilə görüşdə deyib. Yayımı Fox News kanalı həyata keçirib.

"İstədiyiniz qədər qala bilərsiniz" deyə Tramp Maska bildirib.

Qeyd edək ki, aprelin 29-da ABŞ prezidenti Maskın qərarı ilə edilən bəzi ixtisarlara yenidən baxacağını bildirib. Eyni zamanda, Ağ Evin rəhbəri vurğulayıb ki, DOGE departamenti milyardlarla dollar dəyərində çoxlu israfçılıq və fırıldaqçılıq hallarını üzə çıxarıb.
OXŞAR XƏBƏRLƏR