Tramp məhkəməyə çağırıldı

Tramp məhkəməyə çağırıldı
DÜNYA
14:37 22.10.2022
252
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xüsusi Komitəsi Trampı məhkəməyə dəvət edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Xüsusi Komitəsi 45-ci prezident Donald Trampa məhkəmədə ifadə verməsi üçün rəsmi çağırış vərəqəsi göndərib.

İstintaq Komitəsindən verilən yazılı açıqlamada, Trampın 2020-ci il prezident seçkilərinin nəticələrinin etibarsız sayılması üçün 6 yanvar 2021-ci il tarixli konqres basqınının "əsas səbəbkarı" olduğu əsası ilə çağırıldığı bildirilib.

Tramp isə özünün "Truth Social” sosial şəbəkəsində komitənin işini tənqid edən geniş mesaj yayımlayıb. O, ifadə verib-verməyəcəyi ilə bağlı birbaşa cavabdan da yayınıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR