ABŞ prezidenti Donald Tramp qaçqınların ölkəyə qəbulunu məhdudlaşdıran və miqrant vizalarının verilməsini çətinləşdirən fərmanı imzalayıb.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, fərmanın qəbulu nəticəsində ABŞ bütün qaçqın proqramını 120 günlüyə dayandırıb.
Fərmana əsasən, əhalisinin əksəriyyəti müsəlman olan Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a gəlmək istəyənlərə 30 gün viza verilməyəcək. Bundan əlavə, Suriyadan isə ikinci təlimata qədər heç bir qaçqının ölkəyə buraxılmaması nəzərdə tutulub.