Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib

Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib
DÜNYA
23:20 03.03.2025
314
ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Bu barədə AZXEBER.COM "Report"a istinadən xəbər verir.

Təbrikdə deyilir: "Sizi mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dini azadlıqlar Amerika həyat tərzinin ayrılmaz hissəsidir. Biz dinc gələcək qurmaq və hər bir insanın ləyaqətini qorumaq öhdəliyimizi vurğulayırıq".

"Allah bu gözəl günlərdə sizə və ailələrinizə xeyir-dua versin", - Tramp fikrini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR