Tramp Netanyahu ilə müzakirə APARDI

Tramp Netanyahu ilə müzakirə APARDI
DÜNYA
21:57 22.05.2025
205
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.

Tərəflər arasında Qəzza zolağında girovların azad edilməsi, HƏMAS-ın ləğvi və D. Trampın Fələstin anklavının transformasiyası planının irəliləyişi diqqət mərkəzində olub. 

Liderlər mayın 22-də Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının öldürülməsini də müzakirə ediblər və Donald Tramp hadisə ilə bağlı başsağlığı verib.

Eyni zamanda Tramp İranın nüvə silahı əldə etməməsini təmin etmək zərurəti ilə razılaşıb.
OXŞAR XƏBƏRLƏR