ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimir Putin və Si Cinpin arasındakı ilk üçtərəfli görüşün noyabrın 19-u Bakı vaxtı ilə təqribən saat 10:30-da keçirilməsi planlaşdırılıb.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.
Görüş üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Çin liderinin dövlət iqamətgahında keçiriləcək.











































