ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə sərt telefon danışığı keçirərək onu danlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, telefon danışığı zamanı Tramp HƏMAS-a qarşı mübarizəni dəstəklədiyini vurğulayıb, amma hücumların ABŞ-Qətər münasibətlərinin pozulmasına səbəb ola biləcəyi barədə Netanyahuya xəbərdarlıq edib.
Netanyahu Trampa bildirib ki, hücum üçün çox qısa bir pəncərə var, amma Tramp buna məhəl qoymayıb.
Tramp eyni zamanda İsrailin qlobal imicini və ABŞ-nin diplomatik məqsədlərini qorumaq üçün hücumların azaldılmasını istəyib.
Mikayıl