Tramp: Qəzzada müharibəni dayandırırıq

Tramp: Qəzzada müharibəni dayandırırıq
SİYASƏT
15:25 22.01.2026
131
Tramp Qəzzada baş verən müharibə ilə bağlı açıqlama verib. 

AZXEBER.COM xəbər verir ki, İsveçrənin Davos şəhərində Qəzza Sülh Komitəsinin yaradılması ilə bağlı sənədlər imzalanıb.

Tədbirdə çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzzada hərbi əməliyyatların dayandırılması qərarı verilib. Onun sözlərinə görə, HƏMAS üzərinə götürdüyü öhdəliklərə əməl edəcək.

"Qəzzada müharibəni dayandırırıq. Yaxın vaxtlarda bölgədə sülh bərpa olunacaq və Qəzzanın yenidən qurulmasına başlanılacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti çıxışında Suriya ilə bağlı məsələyə də toxunub. O bildirib ki, Suriya rəhbərliyinə etimad göstərdiyi üçün bu ölkəyə qarşı tətbiq olunan bütün sanksiyalar ləğv edilib.

Donald Tramp həmçinin qeyd edib ki, ABŞ qüvvələri Suriyada İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar həyata keçirib və təşkilat məhv edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR