Tramp Romada Zelenski ilə görüşə bilər

Tramp Romada Zelenski ilə görüşə bilər
DÜNYA
21:54 25.04.2025
203
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada mümkün görüş ehtimalını istisna etməyib.
 
Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Roma Papası Fransiskin dəfn mərasiminə yola düşməzdən əvvəl Tramp qeyd edib ki, İtaliya paytaxtında "bir çox xarici liderlərlə görüşlər” planlaşdırılır.

Trampa Zelenski ilə görüş planlaşdırılıb-planlaşdırılmadığı sualı verilib.

Prezidentin cavabı "bəli, bu mümkündür” olub.
 
///APA
OXŞAR XƏBƏRLƏR