ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə müharibə səbəbindən dizel yanacağı sənayesi üzərində nəzarəti itirdiyini bildirib.
Tramp bu barədə özünün "Truth Social” hesabında yazıb.
"Rusiya təəssüf ki, Ukrayna ilə müharibə səbəbindən dizel yanacağı sənayesinə nəzarəti itirib. Onların çoxsaylı dizel emalı zavodları partladılıb və ən azı müvəqqəti olaraq fəaliyyətini dayandırıb”, - Tramp qeyd edib.
O, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasının vacibliyini vurğulayıb.
"Bu gülünc və heç vaxt bitməyən müharibə başa çatdırılmalıdır. Bütün dünya əziyyət çəkir, çünki hər ay, əsasən hərbçilər olmaqla, 25 min insan öldürülür. Necə də təəssüf doğuran haldır!”, - ABŞ Prezidenti yazıb.











































