Tramp: Rusiyanın G8-də üzvlüyünün saxlanılması Ukrayna münaqişəsinin qarşısını ala bilərdi

Tramp: Rusiyanın G8-də üzvlüyünün saxlanılması Ukrayna münaqişəsinin qarşısını ala bilərdi
DÜNYA
23:54 21.05.2025
648
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanın "Böyük Səkkizliy"də (G8) üzvlüyünün saxlanılması Ukraynada hərbi münaqişənin başlanmasının qarşısını ala bilərdi.

Ameriaklı lider bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu formatda – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Rusiya ilə birgə əməkdaşlıq böyük fayda verə bilərdi.

"Əvvəllər G8 formatı var idi, sonra heyrətamiz şəkildə Rusiyanı oradan çıxardılar. Əgər Rusiya həmin qrupda qalsaydı, indi vəziyyət çox fərqli ola bilərdi”, – deyə Tramp qeyd edib.
 
/APA
OXŞAR XƏBƏRLƏR