"Moskva və Vaşinqton arasında 50 gün ərzində Ukraynadakı nizamlanma ilə bağlı razılaşma əldə olunmasa, ABŞ Administrasiyası Rusiyaya qarşı təqribən 100 faiz həcmində idxal rüsumları tətbiq etnək niyyətindədir".
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşündə bildirib.
"Biz onlardan çox narazıyıq. Təqribən 100 faiz həcmindəki rüsumları ikinci dərəcəli rüsumlar adlandırmaq mümkündür. Mən düşünürdüm ki, biz iki aya razılaşma əldə edəcəyik" , - deyə o qeyd edib.
/Report