Tramp: Tanıdığımız ölkəmizin sonu gəlib

Tramp: Tanıdığımız ölkəmizin sonu gəlib
DÜNYA
13:31 03.05.2025
329
ABŞ məhkəmələrinin miqrantların deportasiyasında prezident administrasiyasına kömək etməkdən imtina etməsi ölkə qurucularının ideyalarına ziddir.

Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social” şəbəkəsindəki paylaşımında bildirib.

"Necə ola bilər ki, hakimlər cinayətkarları, o cümlədən qatilləri ölkəmizdən gəldikləri yerə deportasiya etməyə icazə vermirlər? Əgər belə bir şey baş verirsə, o halda tanıdığımız ölkəmizin sonu gəlib. Amerikalılar tamamilə fərqli, cinayətlərlə dolu bir həyata alışmalı olacaqlar. Qurucuların nəzərdə tutduğu bu deyil!" - o yazıb.
 
 
///report
OXŞAR XƏBƏRLƏR