ABŞ Prezidenti Donald Tramp "Tesla” avtomobilləri və avtosalonlarına qarşı yanğın və digər vandalizm aktları barədə məlumatlar fonunda şirkətə hücum edən insanların Salvador həbsxanalarına göndərilməsi ideyasını dəstəkləyib.
Bu barədə Tramp martın 21-də "Truth Social” platformasında yazıb.
"Bu xəstə terrorçu başkəsənlərin İlon Mask və "Tesla”ya etdiklərinə görə 20 il həbs cəzası almalarını səbirsizliklə gözləyirəm. Bəlkə də, onları son vaxtlar "gözəl” şərtləri ilə tanınan Salvador həbsxanalarına göndərmək olardı!”, – Tramp qeyd edib.
Trampın siyasi müttəfiqi və sponsoru olan "Tesla”nın baş direktoru İlon Mask, həmçinin federal xərclərin azaldılması ilə məşğul olan Hökumətin Effektivliyi Departamentinə (DOGE) başçılıq edir. Bu amillər "Tesla”nı hücumlar üçün hədəfə çevirib.
//Report