Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb

DÜNYA
17:28 13.02.2025
173
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ötən gün keçirilən telefon danışıqlarını müsbət qiymətləndirib.

Bu barədə Tramp özünün "Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dünən Rusiya və Ukrayna ilə əla danışıqlar keçirildi. Bu, dəhşətli müharibəni bitirmək üçün yaxşı fürsətdir", - o qeyd edib.

Xatırladaq ki, fevralın 12-də D.Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

OXŞAR XƏBƏRLƏR