ABŞ Prezidenti Donald Tramp zəngin amerikalılar üçün vergi dərəcəsini 39,6 faizə qaldırmağı təklif edir.
AZXEBER.COM "Bloomberg"ə istinadla xəbər verir ki, bu təklifə əsasən illik gəliri 2,5 milyon dollar və ya ailə gəliri 5 milyon dollar olan şəxslər üçün yeni vergi dərəcəsi tətbiq olunacaq.
Bildirilib ki, bu vergi artışı növbəti on il ərzində dövlət büdcəsinə 67,3 milyard dollar əlavə gətirəcək.
Əvvəllər Tramp idxal olunan mallara tətbiq edilən rüsumların ABŞ-a gəlir vergilərini tamamilə aradan qaldırmağa imkan verə biləcəyini bildirmişdi. O, "Bütün bunlar nəticə verərsə, bizə heç bir gəlir vergisi sistemi lazım olmaya bilər" demişdi.//milli.az