Tramp və Netanyahu arasında telefon danışığı baş tutub

Tramp və Netanyahu arasında telefon danışığı baş tutub
DÜNYA
22:57 17.07.2025
214
ABŞ Prezidenti Donald Tramp Qəzzada katolik kilsəsinə edilən hücumla bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

Onun sözlərinə görə, Trampın hücuma reaksiyası müsbət olmayıb.

"İsraillilərin o katolik kilsəsini vurması səhv idi, Baş nazir prezidentə bunu çatdırdı" - Levit qeyd edib.
OXŞAR XƏBƏRLƏR