Tramp Xameneinin dəfninə görə 1 həftə vaxt verdi

Tramp Xameneinin dəfninə görə 1 həftə vaxt verdi
DÜNYA
10:18 04.07.2026
396
ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana danışıqlar üçün bir həftəlik fasilə imkanı verib.

Bu barədə Ağ Ev rəhbəri Donald Tramp 4 iyulda qeyd edilən ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakota ştatında yerləşən Raşmor dağında çıxışı zamanı bildirib.

"Onlar razılaşma əldə etməyə can atırlar. Onlar var qüvvələri ilə razılaşmaya nail olmaq istəyirlər. Biz onlara dəfn mərasimi ilə əlaqədar bir həftəlik fasilə verdik”, - dövlət başçısı deyib. 

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. Vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR