ABŞ prezidenti Donald Tramp mayın 8-də və ya 9-da çox vacib mövzuda mühüm və müsbət bəyanat verəcəyini vəd edib.
O, bunu Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərə bildirib.
Gələn həftə Yaxın Şərqə işgüzar səfər planlaşdırdığını xatırladan Tramp bunları deyib: "Düşünürəm ki, bundan əvvəl çox, həm də çox böyük bir açıqlama verəcəyik. Bu, çox müsbətdir. Bu elan ya cümə axşamı, ya cümə, ya da bazar ertəsi biz getməzdən əvvəl veriləcək. Bu, uzun illər ərzində mühüm mövzuda edilən ən mühüm elanlardan biri olacaq."
Qeyd edək ki, Tramp mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcək və bu müddət ərzində Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olacaq.
/APA