Yaxın Şərqdə gərginliyin artması üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi.
Bu fikri ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdə Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanmasından sonra səsləndirib.
"Bu, ən böyük və ən mürəkkəb razılaşmadır. Üstəlik, bu bölgə böyük problemlərə, o cümlədən üçüncü dünya müharibəsinə səbəb ola biləcək yer idi. Daim deyirdilər ki, üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq. Bu, baş verməyəcək”, – deyə Tramp bildirib.
/APA