Tramp yenə Baydeni ələ salaraq təqlid etdi - VİDEO

Tramp yenə Baydeni ələ salaraq təqlid etdi - VİDEO
DÜNYA
12:08 30.10.2023
211
Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq üçün görüşlər keçirən Donald Tramp Las-Veqasda keçirilən mitinqdə çox danışılan imitasiya edib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp ABŞ Prezidenti, 80 yaşlı Co Baydeni ələ salaraq iştirakçıları əyləndirib.
 
Son həftələrdə Co Baydenin səhhətinin vəziyyəti ABŞ ictimaiyyətində tez-tez müzakirə edilir və ABŞ prezidentinin tez-tez tərəddüd etməsi, istiqamətləndirilməməsi və danışarkən mövzuları qarışdırması fikir ayrılıqlarına səbəb olur.
 
Baydenə qarşı çox sərt ifadələr işlədən Tramp deyib:
 
"İki cümləni bir araya gətirə bilməz, ancaq nüvə müharibəsinin məsuliyyəti ona verilib".
 
Baydenin çıxışlarından sonra həyat yoldaşı Cil Bayden və ya köməkçilərindən birinin yanına gələrək onu səhnədən uzaqlaşdırdığını xatırladan Tramp "Orada pilləkən görürəm, orada pilləkən var. Lazım gəlsə, bu tərəfdən aşağı atlaya bilərəm, problem yoxdur” - deyərək Baydeni bir daha yumor hədəfinə çevirib.
 
Həmin görüntüləri təqdim edirik:
 
Mikayıl
 
OXŞAR XƏBƏRLƏR