Fırıldaqçılıq ittihamı ilə mühakimə olunan ABŞ-nin sabiq prezidenti Donald Tramp məhkəmədə yenidən ifadə verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Trampın ifadəsi zamanı məhkəmə zalında qəfildən gərginlik yaranıb.
Açıqlamasında ona qarşı irəli sürülən ittihamları təkzib edən, aktivlərini və şirkətlərini müdafiə edən Tramp bu işi "cadugər ovu” kimi qiymətləndirib.
Tramp açıqlamasında deyib:
"Mən maliyyə hesabatlarında deyildiyindən milyardlarla dollar daha varlıyam. Burada baş verən korrupsiyanın tam əksidir. Yəqin ki, siyasi səbəblərdən məni burada incitməyə çalışırsınız".
Hakim Trampa "aidiyyətsiz və uzun cavablar verdiyini” əsas gətirərək xəbərdarlıq edib və vəkilinə müraciət edərək "Bura məhkəmə zalıdır, siyasi mitinq yeri deyil" - deyib.
Qeyd edək ki, Trampın qızı İvanka Trampın da məhkəmədə bu iş üzrə ifadə verəcəyi gözlənilir.
Trampın əməlləri cinayət işi hesab edilmədiyindən onun həbs cəzası alacağı gözlənilmir.
Mikayıl